Cümə, 11 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Aslan İsmayılov: " "Xankəndini vurmaq lazımdır" deyənləri isə çox təhlükəli sayıram"

“Bu gün bir çoxları Xankəndində keçiriləcək paraddan məyusluq hissi keçirir və hakimiyyəti buna yol verməməyə çağırır. Bu sırada geopolitikanı, regionumuzda baş verənləri bilməyənlərin həyacanlarını anlayıram və bölüşürəm. Ancaq baş verənləri anlayıb şou, tərəfdaş yığmaq, qəhrəman olmaq xətrinə "Xankəndini vurmaq lazımdır" deyənləri isə çox təhlükəli sayıram”.

PİA.az-ın xəbərinə görə, bunu hüquqşünas Aslan İsmayılov bildirib.

“Bunların da sırasında nəyin bahasına olursa olsun ölkədə vəziyyəti gərginləşdirmək və havadarlarının köməyi ilə hakimiyyətə gəlmək istəyənləri isə çox yaramaz sayıram, çünki belələri hakimiyyətə basqı etməklə onu təxribata çəkmək və Rusiya ilə üz-üzə qoymaq istəyirlər. Özü də bu çağırışları edənlər 44 gün susanlardır. Onlar çox yaxşı bilirlər ki, bu gün orada parad təşkil edən Ermənistan hakimiyyəti yox Rusiyadır! Hesab edirəm ki, bu gün hakimiyyət ən düzünü edir. Rusiyanı qıcılandırmamaq, ətrafındakılara görk olsun deyə, haradasa böyük qan tökmək istəyənlərə bəhanə vermək lazım deyil. Qısa müddətdə Qarabağda aparılan, strateji əhəmiyyət daşıyan, erməniləri dəlilik səviyyəsinə gətirən layihələrin həyata keçirilməsinin özü ən böyük uğurdur. Biz ancaq bu cür 44 günlük Şanlı Qələbəmizin nəticələrini möhkəmləndirməliyik. Görünən odur ki, hakimiyyət lazım olanı səhv buraxmadan, kimlərəsə bəhanə vermədən çox məharətlə həyata keçirir. Bu soyuqqanlılığın ermənilərdə isteriya yaratdığını hər gün görürük. Xankəndində işığın, suyun olmadığı bir vaxtda Şuşada aparılan tikinti işləri, keçirilən tədbirlər bunun göstəricisidir. Bu günlərdə yayılan, qaranlığa qərq olmuş Xankəndindən işıq saçan Şuşanın görüntüsünün erməniləri məhv etməsinə heç kimin şübhəsi olmasın. Hakimiyyətin bu gün görəcəyi əsas iş Qarabağdakı işləri davam etdirməklə ölkədə kasıb təbəqənin güzaranının yaxşılaşdırılmasına nail olmaqdır. 44 günlük müharibə bizə göstərdi ki, hisslərə qapılıb "lazım hanı", "Xankəndini vur" deyənlərə deyil, doğru məqamı səbrlə gözləyib hədəfə vuranları dinləmək lazımdır”.(Pravda.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanla COP29, Kioto Protokolu və Paris Sazişinin Katibliyi arasında Anlaşma Memorandumu təsdiqlənib

Xalq artisti Emin Ağalarov Kürdəxanıda yaşayış binaları tikəcək

Azərbaycanda televiziya kanalına yeni rəhbər təyin olundu

Bakıda məşhur restoran gecəyarısı qarət edildi: Dəyərli əşyalar oğurlanıb

Fransanın energetika naziri COP29-öncəsi müzakirələr üçün Bakıya gəlib

Məmur İntiqam Məmmədovun “topdağıtmaz” sərvəti

Türkiyədə növbədənkənar prezident seçkiləri 2027-ci ilin ortasından sonra müzakirə oluna bilər

Kobaxidze: Gürcüstanın ərazi bütövlüyünün sülh yolu ilə bərpası tamamilə mümkündür

Yeddi bürc üçün yeni qapılar açılmaq üzrədir

Ən çox oxunanalar